“Peşə təhsili haqqında” qanun layihəsi müzakirəyə çıxarılacaq

“Peşə təhsili haqqında” qanun layihəsi müzakirəyə çıxarılacaq
  18 Sentyabr 2017    Oxunub:1300
““Peşə təhsili haqqında” qanun layihəsini hazırlamaq üçün beynəlxalq təcrübəni öyrənmişik”.
AzVision.az xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin iclasında komitə sədri İsa Həbibbəyli deyib.

Komitə sədri bildirib ki, “Peşə təhsili haqqında” qanun layihəsinin ilkin variantı hazırdır: “Qanun layihəsini oktyabrın birinci yarısına qədər komitədə müzakirə etməyi düşünürük. Hesab edirəm ki, oktyabr ayının sonunda qanun layihəsini Milli Məclisin plenar iclasına təqdim edəcəyik”.

İ.Həbibbəyli qeyd edib ki, “Peşə təhsili haqqında” qanun layihəsi birinci oxunuşda müzakirədən keçəndən sonra noyabr ayında “Ümumi təhsil haqqında” qanun layihəsinin hazırlanması üçün işçi qrupu yaradılacaq və materiallar toplanılacaq.

Anar Kəlbiyev
AzVision.az


Teqlər: Milli-Məclis  





Xəbər lenti