Türkiyəli hərbi pilotlar Azərbaycanda - Foto+Video

Türkiyəli hərbi pilotlar Azərbaycanda - Foto+Video
  14 Sentyabr 2017    Oxunub:5104
TurAz Qartalı - 2017” birgə təlimlərində iştirak etmək üçün Türkiyə Hərbi Hava Qüvvələrinin geniş tərkibdə uçuş və mühəndis-texniki heyəti ölkəmizə gəlib.
Müdafiə Nazirliyindən AzVision.az-a bildirilib ki, təlimlərə hazırlıq məqsədilə hazırda heyətlərin yerləşdirilməsi, təlimin planlaşdırılması və digər təşkilati məsələlərlə əlaqədar müvafiq tədbirlər həyata keçirilir.



Qeyd edək ki, sentyabrın 18-dən 30-dək ölkəmizdə keçiriləcək təlimlərdə Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus MiQ-29, F-16, Su-25, C-130 Herkules, CASA CN-235 təyyarələri və Mi-35, Mi-17, Sikorski S-70 helikopterlərindən ibarət 30-dək aviasiya vasitəsi iştirak edəcək.




AzVision.az


AzVision.az


Teqlər: Müdafiə-Nazirliyi   Türkiyə  





Xəbər lenti