Milli Məclisin komitə iclasları başlayır

Milli Məclisin komitə iclasları başlayır
  12 Sentyabr 2017    Oxunub:1229
Bu gündən etibarən Azərbaycan Milli Məclisinin payız sessiyasının komitə iclasları başlayır.
AzVision.az-ın məlumatına görə, sentyabrın 12-də Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclası keçiriləcək. İclasda “Müdafiə haqqında”, “Korrupsiyaya qarşı mübarizə haqqında”, “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunlarına dəyişiklik layihələri müzakirə ediləcək.

Qeyd edək ki, payız sessiyasının ilk plenar iclasının sentyabrın sonunda keçiriləcəyi gözlənilir.

AzVision.az


Teqlər: Milli-Məclis   İclas  





Xəbər lenti