İran Qərbin şərtlərinə baş əydi

İran Qərbin şərtlərinə baş əydi
  01 Mart 2013    Oxunub:1264
Bu “İran diplomatiyasının qələbəsi” kimi dəyərləndirilir
Qazaxıstanın Almatı şəhərində İran ilə “altılıq” ölkələri arasında keçirilən nüvə danışıqları İranın xeyrinə olub. Belə ki, danışıqlar zamanı beynəlxalq vasitəçilərin İrana irəli sürdüyü təkliflər İran tərəfindən müsbət qarşılanıb.
Azvision.az xarici mətbuata istinadən xəbər verir ki, “Altılıq” ölkələrinin irəli sürdüyü təkliflərdə İrandan 20% zənginləşdirmənin tamamilə dayandırılması tələb olunmur, bunun yerinə zənginləşdirmənin nəzarətə alınması təklifi irəli sürülür. Təklifə görə, İran tibbi istehlak üçün ehtiyacında olan miqdarda 20% zənginləşdirilmiş uranı ölkə ərazisində saxlaya bilər.
Qərb ölkələri təkliflərin qəbul ediləcəyi təqdirdə, İrana qarşı bəzi sanksiyaların aradan qaldırılacağıı da deyir.
Qeyd edək ki, bir sıra Qərb KİV-ləri danışıqları bu yöndə gedişini “İran diplomatiyasının qələbəsi” kimi dəyərləndirir.
Mirvari



Teqlər:





Xəbər lenti