ABŞ-da Nyu-York birjasını partlatmaq istəyən şəxs saxlanılıb

   ABŞ-da Nyu-York birjasını partlatmaq istəyən şəxs saxlanılıb
  21 Noyabr 2024    Oxunub:256
ABŞ Federal Təhqiqatlar Bürosu Nyu-York birjasını bombalamağı planlaşdıran bir şəxsi saxlayıb.
AzVision.az xəbər verir ki, bu barədə CBS News məlumat verir.

"FTB agentləri Nyu-York Birjasını bombalamaq planı ilə bağlı Florida ştatından olan şəxsi saxlayıblar", -deyə məlumatda deyilir.

Mənbə məhkəmə sənədlərinə istinad edir. Onlar göstərirlər ki, ABŞ-ın cənub-şərqində yaşayan Harun Əbdül-Malik Yener bomba yaratmaq üçün göstərişlərə əməl edib.

İlkin məlumata görə, o, birjanı partlatmaq istəyib. O, özünü “Əl-Qaidə”nin keçmiş lideri Usamə bin Laden kimi hiss etdiyini də bildirib.

AzVision.az



Teqlər:





Xəbər lenti