ISW: “Qərbin raketləri müharibənin gedişatını dəyişəcək”

      ISW:    “Qərbin raketləri müharibənin gedişatını dəyişəcək”
  21 Noyabr 2024    Oxunub:264
Ukrayna Silahlı Qüvvələri Rusiya ərazisindəki hərbi hədəflərə hücum üçün Qərb istehsalı olan uzaqmənzilli raketlərdən istifadə etməyə başlayıb ki, bu da onlara müasir çoxdomenli müharibəni daha effektiv şəkildə aparmağa kömək edəcək.
AzVision.az xəbər verir ki, Amerikanın Müharibələrin Tədqiqatı İnstitutu 19-20 noyabr tarixlərində Ukraynanın Rusiyaya qarşı silsilə zərbələrinin onların daha mürəkkəb və effektiv zərbə “paketləri” yaratmaq üçün müttəfiqlər tərəfindən verilən silahlardan istifadə etdiyini bildirib.

“Hücumlar zamanı Ukrayna Silahlı Qüvvələri, xüsusən də uzaqmənzilli hücum pilotsuz təyyarələri və “Storm Shadow” raketlərindən istifadə edərək, Rusiyanın arxa cəbhəsindəki müxtəlif hərbi obyektlərə zərbələr endiriblər”, - institutun analitikləri vurğulayıblar.

Onların fikrincə, Ukrayna Rusiyanın arxa cəbhəsində müxtəlif hərbi obyektlərə, o cümlədən hava bazalarına, komanda qərargahlarına və artilleriya anbarlarına zərbələr endirmək üçün PUA-lardan istifadə etməkdə öz effektivliyini artıq sübuta yetirib.

- Ukrayna arsenalında artıq hava və dəniz pilotsuz təyyarələri, həmçinin Qərb tərəfindən təmin edilmiş F-16 təyyarələri, HIMARS sistemləri və ATACMS ballistik raketləri yerləşdirilib. Halbuki, ən son sistemlərdən istifadə şərtləri Ukrayna ordusunun onların istismarından əldə edə biləcəyi maksimum faydaların təminatı üçün kifayət qədər məhduddur”, - ISW-nin hesabatında deyilir.

ISW: “Ukraynanın zərbələri Kremlin mövqeyinə təsir göstərəcək” - VİDEO
İnstitut bildirib ki, Rusiyanın arxa cəbhəsini uğurla vurmaq və döyüş meydanında taktiki səviyyədən operativ səviyyəyə qədər zərbə endirməkdə davam etmək üçün Ukrayna Silahlı Qüvvələri müttəfiqlərdən əlavə hərbi yardıma, eləcə də daxili innovasiyalara və istehsalata ehtiyac duyur. ISW-nin analitiklərinin iddiasına görə, bunun nəticəsində ağır itkilərə uğrayan Rusiya hərbçilərinin təzyiqləri Kremli Ukrayna ilə bağlı siyasətini dəyişməyə vadar edəcək.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   ISW   Ukrayna   müharibə  





Xəbər lenti