Ermənistanda 18 fevral prezident seçkilərinə keçmiş namizəd , müxalif “İrs” partiyasının sədri Raffi Ovanisyan məhəllə-məhəllə dolaşaraq seçkiqabağı kompaniya çərçivəsində evlərin divarlarına, dirəklərə yapışdırılmış şəkillərini bir-bir cırıb tullayıb. Onun bu hərəkəti birmənalı qarşılanmayıb. Bəziləri Raffi Ovanisyanın şəkillərinin əleyhdarları tərəfindən təhqir olunmasına dözmədiyinə görə, bəziləri isə onun özünü keçmiş namizəd deyil , qalib lider hesab etməsinə görə belə etdiyini düşünürlər. Qeyd edək ki, prezident seçkilərində ikinci olan Ovanisyan məğlubiyyəti ilə barışmaq istəmir. Özünü qalib elan edən Raffi Ovanisyan hazırki prezident Serj Sarkisyan rejimi əleyhinə mübarizəsini davam etdirəcəyini bildirib. Hazırda Ermənistanın bir neçə bölgəsində Ovanisyan tərəfdarlarının etiraz aksiyaları davam edir.