İnsan beyni böyüdüldü – VİDEO
Alimlərin laboratoriyada yaratdığını insan beyninin kiçildilmiş surəti adlandırmaq olmaz. Çünki burada beynin bir sıra mühüm hissələri yoxdur, amma hipotalamus və qabığın bəzi hissələri vardır. Bu model insan beyninin inkişafının ilkin mərhələlərini öyrənməyə imkan verir. Beyni böyütmək üçün embrionlara proqramlaşdırılan toxumalardan istifadə olunub. Nəticədə insan beyninin diametri 3-4 millimetrə qədər ölçüdə böyüdülüb.
Bundan başqa, alimlər hətta mini-beynin neyron fəallığını görüntüləməyi bacarıblar. Gələcəkdə bu üsulla autizm və şizofreniya kimi xəstəliklərin yaranma səbəbləri və müalicə üsullarının aşkar olunacağı ehtimal olunur.
AzVision.az