Rusiya “Eurovision-2017”də iştirak etməyəcək

Rusiya “Eurovision-2017”də iştirak etməyəcək
  14 Aprel 2017    Oxunub:10397
Avropa Yayım Şurası Rusiyanın "Eurovision-2017" mahnı müsabiqəsində iştirak etməyəcəyini açıqlayıb.

Bununla bağlı qurumun rəsmi saytında məlumat yerləşdirilib.

Müsabiqənin nümayəndələrinin sözlərinə görə, Rusiyanın mahnı müsabiqəsində iştirak etməsinə üçün həll variantı tapmağa cəhd edilib. Lakin, heç bir nəticə əldə olunmayıb.

Məlumatda Rusiyaya müxtəlif variantların təqdim olunduğu qeyd olunub. Bildirilib ki, rusiyalı iştirakçı Yuliya Samoylovaya videokörpü vasitəsi ilə müsabiqəyə qoşulmaq və təşkilat komitəsi iştirakçını başqası ilə əvəz etməyi təklif edib.

"Lakin hər 2 variant Rusiyanın "Birinci kanal"ı tərəfindən rədd edilib. Kanalın rəhbərliyi bəyan edib ki, "Eurovision-2017" mahnı müsabiqəsi yayımlanmayacaq. Bu isə o deməkdir ki, Rusiya müsabiqədə iştirak edə bilməyəcək",-deyə məlumatda qeyd olunub.

AzVision.az


Teqlər: Rusiya   Eurovision  





Xəbər lenti