İlham Namiq Kamal "Arşın mal alan"da oynayacaq
Teatrın mətbuat xidmətindən verilən məlumata görə, son 20 il ərzində Opera və Balet Teatrının repertuarında möhkəm yer tutan tamaşanın özəlliyi ondadır ki, həmin gün tamaşada ilk dəfə Azərbaycan səhnəsinin istedadlı simalarından biri - Xalq artisti İlham Namiq Kamal Soltan bəy rolunda çıxış edəcək.
Yarım əsrə yaxın bir müddətdə Azərbaycanın müxtəlif teatrlarının səhnələrində eyni zamanda televiziya ekranlarında parlaq obrazlar yaradan görkəmli sənətkarımızın opera səhnəsində də uğur qazanacaq.
Tamaşada digər əsas rollarda xalq artistləri Fidan Hacıyeva (Asya), Gülyaz Məmmədova (Telli), əməkdar artistlər İnarə Babayeva (Gülçöhrə), Fərid Əliyev (Əsgər), Gülüstan Əliyeva (Xala), Ələkbər Əliyev (Vəli), aparıcı solist Tural Ağasıyev (Süleyman) çıxış edəcəklər.
Tamaşanın dirijorların beynəlxalq müsabiqələrinin laureatı Əyyub Quliyev idarə edəcək.
Şahanə Rəhimli
Teqlər: