`Azərbaycanda təhlükəsizlik təmin edilir` - Prezident (FOTO)

  18 Yanvar 2017    Oxunub : 2034
`Azərbaycanda təhlükəsizlik təmin edilir` - Prezident (FOTO)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanvarın 18-də Dünya İqtisadi Forumunun icraçı sədri Klaus Şvab ilə görüşü olub.

Prezident İlham Əliyev onu növbəti dəfə Dünya İqtisadi Forumuna dəvət etdiyinə görə Klaus Şavaba təşəkkürünü bildirdi. Azərbaycan ilə Dünya İqtisadi Forumu arasında səmərəli əməkdaşlıq əlaqələrinin qurulduğunu deyən dövlətimizin başçısı bu əməkdaşlığın Davos Forumunun dünya ölkələrində vəziyyətin yaxşılaşdırılması ilə bağlı məqsədlərinə tam uyğun gəldiyini qeyd etdi. Prezident İlham Əliyev Azərbaycanda təhlükəsizliyin təmini və səbitliyin bərqərar olması istiqamətində mühüm tədbirlərin görüldüyünü dedi. Ölkəmizin yerləşdiyi coğrafi məkanın əhəmiyyətini vurğulayan dövlətimizin başçısı bu amilin iri transmilli layihələrin, o cümlədən Şimal-Cənub, Sərq-Qərb nəqliyyat və digər layihələrin uğurla reallaşmasına rəvac verdiyini bildirdi. Prezident İlham Əliyev son illərdə ölkəmizdə gedən inkişaf proseslərindən danışdı, Azərbaycanın yeni inkişaf mərhələsinə daxil olduğunu bildirdi və iqtisadiyyatın, həmçinin ixracatın şaxələndilməsi istiqamətində təsirli tədbirlərin görüldüyünü vurğuladı.

Davos Forumu çərçivəsində keçirdiyi görüşlərin bir sıra mühüm layihələrin reallaşmasına səbəb olduğunu deyən Prezident İlham Əliyev son illərdə Azərbaycanda mötəbər beynəlxalq tədbirlərin keçirildiyini, Bakının birinci Avropa Oyunlarına uğurla ev sahibliyi etdiyini dedi, Roma Papası Fransiskin ölkəmizə səfərinin Azərbaycandakı yüksək tolerantlıq mühitinə verilən qiymətin nümunəsi kimi dəyərləndirdi.

Dünya İqtisadi Forumunun icraçı sədri Klaus Şvab Azərbaycanla Dünya İqtisadi Forumu arasındakı əməkdaşlığın səmərəli olduğunu, Azərbaycan Prezidentinin bu forumda iştirakının ikitərəfli əməkdaşlığa tövhə verdiyini vurğuladı. Kalus Şvab ölkəmizə səfəri zamanı güclü inkişafın şahidi olduğunu dedi, Bakının gözəlliyindən danışdı, Azərbaycandakı təhlükəsizliyin və sabitliyin ölkəmizin inkişafında mühüm amil olduğunu bildirdi. Son illərdə ölkəmizdə böyük işlərin görüldüyünü, Bakının mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi etdiyini deyən Dünya İqtisadi Forumunun icraçı sədri Azərbycanda mövcud olan tolerantlıq mühitini yüksək qiymətləndirdi.

Söhbət zamanı qarşılıqlı maraq doöuran digər məsələlər barədə fikir mübadiləsi aparıldı.

***

Azərbaycan prezidenti İlham Əliyev Davosda Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şefçoviç ilə görüşüb.

AzVision.az xəbər verir ki, bu barədə Azərbaycan prezidentinin mətbuat xidmətinin yaydığı məlumatda deyilir.



Xəbər yenilənir...

AzVision.az

Teqlər: