BDU-ya daxil olan abituriyentlərə xəbərdarlıq

BDU-ya  daxil olan abituriyentlərə xəbərdarlıq
  19 Avqust 2013    Oxunub:3241
Bakı Dövlət Universitetinə daxil olan abituriyentlər qeydiyyatdan keçmək üçün aşağıdakı sənədləri təqdim etməlidilər:
1. Abituriyentin Bakı Dövlət Universitetinə qəbul haqqında TQDK-nın müsabiqə nəticələri haqqında çap edilmiş vərəqi (TQDK-nın saytından çap edin).

2. Attestat və ya təhsilin əvvəlki mərhələsini bitirdiyi sənədin əsli

3. Dövlət sifarişi və ya ödənişli əsaslarla qəbul olunan
abituriyentlə müqavilə (2 nüsxədə)

4. Şəxsiyyət vəsiqəsinin əsli və surəti

5. Çağırış məntəqəsinə təhkim edilmə haqqında şəhadətnamənin əsli və surəti (oğlanlar üçün)

6. Tibbi arayış (Forma 086)

7. Fotoşəkil (Rəngli, 3x4 ölçüdə, 6 ədəd)

8. Sənəd qəbulu zamanı abituriyent öz ərizəsini təsdiq etmək üçün iş nömrəsini və şifrəsini təqdim etməklə mütləq elektron qeydiyyatından keçməlidir (elektron qeydiyyat BDU-nun Yeni korpusu, 1-ci mərtəbə, otaq 108-də aparılacaqdır).

Sənədlərin qəbulu avqust ayının 20-dan 29-dək hər gün (şənbə və bazar günləri istisna olmaqla) saat 900 -1700–dək BDU-nun əsas binasının 1-ci mərtəbəsində keçiriləcəkdir.

AzVision.az


Teqlər:  





Xəbər lenti