Bölgələrdə yeni il əyləncələri: Otellər dolub, qiymətlər isə...

Bölgələrdə yeni il əyləncələri: Otellər dolub, qiymətlər isə...
  21 Dekabr 2016    Oxunub:22069
Yeni il bayramını yerli və əcnəbi turistlər daha çox Bakı şəhərində, Qəbələdə Tufandağ, Qusarda isə Şahdağda keçirməyə üstünlük verirlər.

Bu barədə AzVision.az-a Azərbaycan Turizm Assosiasiyasının (AzTA) İdarə Heyətinin sədri Nahid Bağırov bildirib.

AzTa sədri qeyd edib ki, əcnəbi turistlər əsasən Bakı, Tufandağ və Şahdağda, yerli vətəndaşların əksəriyyəti isə Tufandağ və Şahdağda istirahət etməyi planlaşdırır.

“İnsanların bu bölgələrə getməyinin səbəbi orada qış turizmi üçün imkanların yaradılmasıdır. Hazırda Qusar və Qəbələdə otellərdə boş yer yoxdur. Qiymətlər normaldır. Dünya praktikası onu göstərir ki, Yeni il ərəfəsində bütün otellərdə qiymətlər adi günlərdən baha olur. Tufandağ və Şahdağda 4 günlük tur paketlərlə satış həyata keçirilir.

2 nəfərlik standart otaqlarda 4 günlük qiymət 1400 manatadır. 1000 manata, 1100 manata da yer təklif olunur. Paketlərə əylənmək və qidalanmaq üçün hər şey daxildir. Bu, hər gün üçün 250 manat xərc deməkdir. Əslində 250 manat bayram ərəfəsində normal qiymətdir. Xüsusilə, xaricdən gələn turistlər üçün qiymətlər əlverişlidir”.

N.Bağırov vurğulayıb ki, Yeni il ərəfəsində Azərbaycana Rusiya, ərəb ölkələri, Qazaxıstan və İrandan daha çox turist gələcək. “Regionlardakı otellərin 30 faizi əcnəbi turistlər tərəfindən tutulub”.

Aytən Zəhra
AzVision.az


Teqlər:  





Xəbər lenti