Berlindəki hadisədə azərbaycanlı ölməyib - XİN

Berlindəki hadisədə azərbaycanlı ölməyib - XİN
  20 Dekabr 2016    Oxunub:1498
Berlindəki bədbəxt hadisə nəticəsində ölən və xəsarət alanlar arasında Azərbaycan vətəndaşı yoxdur.

AzVision.az xəbər verir ki, bunu Trend-ə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

H.Hacıyev qeyd edib ki, bu barədə məlumat Azərbaycan səfirliyinə Almaniyanın hüquq-mühafizə orqanlarından daxil olub.

Xatırladaq ki, ötən gün Berlində Milad yarmarkasında Pakistan əsilli Nəvid B. yük maşınını yüksək sürətlə insanların üzərinə sürüb. Hadisə nəticəsində 12 nəfər həlak olub, 50-yə yaxın adam yaralanıb.

AzVision.az


Teqlər:





Xəbər lenti