DTX, DSX və Gömrük Komitəsi əməliyyat keçirdi: 5 nəfər tutuldu

DTX, DSX və Gömrük Komitəsi əməliyyat keçirdi: 5 nəfər tutuldu
  20 Dekabr 2016    Oxunub:5026
Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti (DTX), Dövlət Gömrük Komitəsi və Dövlət Sərhəd Xidməti tərəfindən həyata keçirilmiş birgə əməliyyat-axtarış tədbirləri nəticəsində ölkədən qaçaqmalçılıq yolu ilə külli miqdarda qızıl məmulatlarının çıxarılmasının qarşısı alınıb.

Bu barədə AzVision.az-a DTX-nın İctimai əlaqələr şöbəsindən məlumat verilib.



Məlumata görə, bu il dekabr ayının 18-də Biləsuvar gömrük idarəsinin gömrük keçid məntəqəsindən gömrük nəzarətindən gizli ümumi çəkisi 2 kiloqram 145 qram olan qızıl külçələri və digər qızıl məmulatlarını xarici ölkə vətəndaşları ilə sövdələşərək ölkədən çıxarmaqda şübhəli bilinən Azərbaycan Respublikasının vətəndaşları - F.Allahverdiyev, F.Məmmədov, Ə.Rəhimov, E.Hüseynov və E.Seyidov saxlanılıblar. Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir.



AzVision.az


Teqlər:  





Xəbər lenti