Vergi amnistiyası 44704 ödəyicini əhatə edəcək

Vergi amnistiyası 44704 ödəyicini əhatə edəcək
  20 Dekabr 2016    Oxunub:2544
“Yeni qanun layihəsi 44 min 704 vergi ödəyicisini əhatə edəcək. Bunun 1037-si dövlət sektorunda, 43 min 667-si isə qeyri-dövlət sektorunda fəaliyyət göstərir”.
AzVision.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında Vergilər Nazirliyinin Vergi risklərinin təhlili və nəzarəti baş idarəsinin rəisi Natiq Şirinov deyib.

İdarə rəisi qeyd edib ki, 386,4 milyon manatın silinməsi təmin olunacaq: “Bunun 125,5 milyon manatı dövlət sektoruna, 260,9 milyon manatı isə qeyri-dövlət sektoruna aiddir. Eyni zamanda nağd pul hesablamalarının qaydalarının pozulmasına görə 6304 vergi ödəyicisinin 3 milyon manat məbləğində maliyyə sanksiyasının 2017-ci ilin 1 yanvar vəziyyətində silinməsi göstərilib. Mərhələli ödənişlərə adekvat olaraq 13780 vergi ödəyicisinin 234 milyon manat məbləğində maliyyə sanksiyası silinəcək ”.

Anar Kəlbiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti