Son 5 ildə 721 min yanğın olub - FHN

Son 5 ildə 721 min yanğın olub - FHN
  20 Dekabr 2016    Oxunub:1250
Son 5 ildə Azərbaycanda 721 min 194 yanğın hadisəsi baş verib.
AzVision.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) baş yanğın təhlükəsizliyi eksperti, general-mayor Yusif Nəbiyev bu gün FHN-nin yaradılmasının 11-ci ildönümünə həsr olunmuş elmi-praktik seminarda çıxışında deyib.

Onun sözlərinə görə, son 5 il ərzində baş verən yanğınlardan 151-i yüksək saylı çağırışla söndürülüb: "Yanğınların söndürülməsi zamanı 611 yetkinlik yaşına çatan şəxs, 113 uşaq xilas edilib, 4779 nəfər təxliyə edilib".

AzVision.az


Teqlər:





Xəbər lenti