Aprel şəhidi Mirzəyevin ad günüdür - 20 yaşı olacaqdı

Aprel şəhidi Mirzəyevin ad günüdür - 20 yaşı olacaqdı
  20 Dekabr 2016    Oxunub:16044
Bu gün aprel döyüşlərində şəhid olan əsgər Nurəddin Mirzəyevin doğum günüdür.
AzVision.az-ın məlumatına görə, Mirzəyev Nürəddin Etimad oğlu 20 dekabr 1996-cı ildə Yardımlı rayonunun Honuba kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra hərbi xidmətə yola düşüb.

Mirzəyev aprelin 2-də Talışkənd uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.

O, aprelin 4-də doğulduğu Yardımlı rayonunun Honuba kəndində dəfn edilib. Yaşasaydı, 20 yaşı olacaqdı.





Anar Kəlbiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti