Hovardın dostları və həmkarları onun çəkdiyi iztirabları görməyə daha dözə bilmir və keçmişi unudub yenidən ayaqları üzərində möhkən dayanmasına kömək etmək üçün qeyri-adi plan düşünürlər. Bunun sonunda nəyin baş verəcəyini heç kəs ağlına belə gətirmirdi.
“Xəyali gözəllik” filminin “ulduz” aktyor heyəti ictimaiyyət və tənqidçilərin diqqətini anındaca cəlb etdi. Baş qəhrəman – Hovard İnletin roluna populyar amerikalı aktyor və müğənni, nüfuzlu “Qremmi” mükafatının sahibi, “Oskar” və “Qızıl Qlobus” mükafatlarının nominantı Uill Smit dəvət olunmuşdu. Sırf özünün istedadı sayəsində adi amerikalı aillədən çıxan Uill dünya miqyaslı ulduz səviyyəsinədək yüksələ bilib.
“Xəyali gözəllik” (2016) filminin baş gözəlçəsi “Karib dənizi quldurları”nın ulduzu Kira Naytlidir. Naytlinin qəhrəmanı dünyanı hərəkət etməyə sövq edən üç əbədi qüvvədən biri olan Məhəbbətdir. Onu hər dəfə rədd etməsinə və yenidən ağrı yaşamaq qorxusu altında yaşamasına baxmayaraq Hovard tədricən anlamağa başlayır ki, məhz Məhəbbət onun həyatını mənalandırır.
Kimin ağlına gələrdi ki, səliqə ilə geyinmiş itibaxışlı yaşlı qadın Ölüm ola bilər? “Oskar” və üç ədəd “Qızıl Qlobus” sahibi məşhur Xelen Mirren tamaşaçıların gözləri önündə məhz bu obrazda peyda olacaq.
Maraqlı faktlar:
- Baş rol ilkin olaraq Xyu Cekmana təklif olunmuşdu, lakin o digər layihələrdə həddən artıq yükləndiyindən bundan imtina etmişdi.
- Obrazını Kira Naytlinin yaratdığı Məhəbbətin eqosu-Alter, orijinalda Aimee Moore adını daşıyır. Aimee – “aimer” (“sevmək”) fransız sözündən törəmədir, Moore isə “more” (çox) sözü ilə həmahəngdir. Aydındır ki, bu söz oyunu təsadüfi deyil.
- Devid Frenkel dərhal layihənin rejissoru olmayıb: filmi Alfonso Qomez-Reyon çəkməli idi, lakin New Line Cinema studiyası ilə münayişə üzündən o layihəni tərk etməli olmuşdu.
Eldar Tanrıverdiyev
AzVision.az