Salam Sarvan təhqirli statusuna aydınlıq gətirdi

Salam Sarvan təhqirli statusuna aydınlıq gətirdi
  09 Dekabr 2016    Oxunub:2691
Tanınmış şair Salam Sarvanın dünən yazdığı bir status böyük qalmaqala səbəb olub. Yüzlərlə insan sosial şəbəkədə şairi söyüb, təhqir edib.

Bəs “Bu mental köpəklər, bu qurd köpəklər, Bu Turan köpəklər, bozqurd köpəklər...” statusu ilə şair kimləri təhqir edibmiş?

Buna teleqraf.com-a verdiyi açıqlamada aydınlıq gətirən Salam Sarvan bildirib ki, o, milləti, ya da bütün turançıları təhqir etməyib: “Sadəcə, turançı adı altında gizlənən bəzi şəxsi mənafeçilər və onların ifrat pafosu məni həmişə narahat edib. Yəni aydındır ki, bütün bozqurdçuları, turançıları nəzərdə tutmamışam, belə şey ola bilməzdi”.

Konkret hansı saxta türkçünün, turançını nəzərdə tutmasına gəlincə, şair ad çəkməkdən imtina edib.

AzVision.az


Teqlər:  





Xəbər lenti