Küçəni zibilləyən 535 nəfər cərimələnib

Küçəni zibilləyən 535 nəfər cərimələnib
  05 Noyabr 2016    Oxunub:1850
Daxili İşlər Nazirliyi (DİN) Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə respublikanın şəhər və rayonlarında, meşə, park, müalicə-sağlamlıq, turizm zonalarının ərazilərində, su mənbələrinin və mineral bulaqların sanitar mühafizə zonalarında, Xəzər dənizinin sahil zolağında və çimərliklərdə məişət tullantılarının tutumundan (urnalardan) kənar yerlərə atılması, sənaye və məişət tullantılarının qalaqlanması, su obyektlərinin çirklənməsi və zibillənməsi hallarının qarşısının alınması məqsədilə mütamadi tədbirlər həyata keçirir.
DİN Mətbuat Xidmətindən AzVision.az-a verilən məlumata görə, cari ilin 9 ayı ərzində məişət tullantılarını tutumlardan (urnalardan) kənar yerlərə atdıqlarına görə, 535 nəfər inzibati məsuliyyətə cəlb edilib, həmin şəxslərə ümumilikdə 23 min manatdan artıq cərimələr tətbiq olunub.

Bu ilin oktyabr ayı ərzində paytaxtın Yasamal, Səbail və Xəzər rayonları ərazilərində analoji hüquqpozmalara yol vermiş 3 nəfər barəsində 13 550 manat məbləğində cərimələr tədbiq olunub.

Həmçinin, ev heyvanlarını qadağan olunmuş yerlərdə gəzdirdiklərinə görə də 3 nəfərin hər biri 200 manat məbləğində cərimələniblər. Hazırda göstərilən istiqamətlərdə tədbirlər davam etdirilir.

AzVision.az


Teqlər:





Xəbər lenti