Vyana Ştraus Festival Orkestri Bakıda konsert verəcək
Orkestrin yaradıcısı və bədii rəhbəri Peter Qut Ştraus dövrünün ənənələrinə sadiq qalaraq konsertdə skripkada ifa edərək dirijorluq edəcək. Proqramda operettalardan parçalar orkestrin solisti Elizabet Yarman (soprano) tərəfindən təqdim olunacaq.
Qeyd edək ki, bu, Vyana Ştraus Festival Orkestrinin Heydər Əliyev Mərkəzində ikinci konsertidir. Kollektiv ilk dəfə Mərkəzin səhnəsində 2014-cü ildə çıxış edib və tamaşaçılara bayram əhval-ruhiyyəsi yaşadıb.
Ştraus Festival Orkestri Vyananın əsl musiqi ənənələrinin qoruyucusu, Avropanın aparıcı musiqi kollektividir. 1978-ci ildən fəaliyyət göstərir və Vyana şəhərinin rəsmi orkestridir. Hər il yanvarın 1-də məşhur Vyana bal festivalını bu orkestr açır.
Vyana Ştraus Festival Orkestrinin Heydər Əliyev Mərkəzində keçiriləcək konsertinə biletlərin qiyməti 20, 30, 40, 60, 80, 100 və 120 AZN-dir. Biletləri mərkəzin kassasından almaq olar.
AzVision.az
Teqlər: