Azərbaycanın `Tufan`ı belə olacaq - FOTO

Azərbaycanın `Tufan`ı belə olacaq - FOTO
  28 Sentyabr 2016    Oxunub:11805
Müdafiə Sənayesi Nazirliyi “ADEX 2016" Beynəlxalq Müdafiə Sərgisində Azərbaycanın yerli mühəndisləri tərəfindən dizayn edilmiş və yaradılma mərhələsində olan milli minaya qarşı qorumalı nəqliyyat vasitəsini (MRAP) maket formatında nümayişə çıxarıb.

AzVision.az xəbər verir ki, MRAP-ın kiçik ölçülü maketi MSN-in stendində yer alıb.

Yeni maşın “Tufan” adlanacaq. Maşının təcrübi nümunəsinin yaradılması işlərinin 2016-cı ilin sonuna qədər tamamlanması planlaşdırılır.

Maşın üçün xüsusi distans döyüş modulu da hazırlanır. Döyüş modulunun ilk nümunəsi 12.7 mm çaplı pulemyot, tüstü qumbaraları ilə silahlandırılacaq.



Anar Kəlbiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti