`Emmi` mükafatını `Taxt oyunları` qazandı

`Emmi` mükafatını `Taxt oyunları` qazandı
  19 Sentyabr 2016    Oxunub:2014
`Emmi` mükafatının 68-ci təqdimetmə mərasimi baş tutub.
AzVision.az xəbər verir ki, Los-Ancelesdə keçirilən mərasimdə bu ilin ən yaxşı komediya serialı adını 4 ildir ekrana çıxan “Vitse-prezident” filmi alıb. Serialda baş rolda çıxış edən Culiya Lui-Dreyfus “Ən yaxşı komediya aktrisası” mükafatına layiq görülüb.

Bundan başqa Fentezi janrında çəkilmiş “Taxt oyunları” serialı Amerika Televiziya Akademiyasının təqdim etdiyi əsas “Emmi” mükafatına layiq görülüb.

Qeyd edək ki, 1949-cu ildə televiziya üçün təsis edilən “Emmi” mükafatı kinematoqrafiya sahəsində təqdim olunan “Oskar” mükafatı qədər əhəmiyyətli sayılır.


Teqlər:  





Xəbər lenti