Əli oğluna necə yol açdı - KARİKATURA

Əli oğluna necə yol açdı - KARİKATURA
  17 Sentyabr 2016    Oxunub:13449
Sentyabrın 15-də ABŞ Konqresinin Tom Lantos İnsan Haqları Komissiyasında Azərbaycanda insan haqlarının durumu və bunun ABŞ siyasətinə təsirilə bağlı dinləmələr keçirilib.

Dinləmələrdə Azərbaycanı əvvəlcə Erkin Qədirlinin təmsil etməsi gözlənilsə də sonradan məlum oldu ki, onu dinləmələrdən kənarlaşdırıblar.

Səbəbi isə dinləmələr keçirilən gün məlum oldu. Erkin Qədirlini dinləmələrdə Əli Kərimlinin oğlu Türkel Kərimli əvəz etdi. Erkin Qədirlinin dinləmələrdən kənarlaşdırılıb, yerinə Türkel Kərimlinin salınmasını təşkil edən Əli Kərimli bu işdə Amerikadakı qüvvələrə yaxın olan Xədicə İsmayıl və onun şəbəkəsinin əlaqələrindən istifadə edib.

Məqsəd isə müxalifətdə Əli Kərimlinin öz oğlunu özünə varis təyin etmək cəhdini həyata keçirmək olub. Yəni bu qədər ucuz bir işbazlıq!


Teqlər:  





Xəbər lenti