Cəsədi tapılan neftçilər sabah dəfn olunacaq

  07 Dekabr 2015    Oxunub : 2881
Cəsədi tapılan neftçilər sabah dəfn olunacaq
“Günəşli” yatağında baş verən faciə zamanı həyatını itirən 4 nəfərin cəsədi hazırda morqa gətirilib. Onlarn şəxsiyyəti müəyyən edilib və onlar sabah dəfn olunacaqlar”.
AzVision.az xəbər verir ki, bunu “Azneft” İstehsalat Birliyinin baş direktorunun müavini, baş mühəndis Balamirzə Ağarəhimov “Günəşli” yatağında baş verən qəza ilə bağlı saat 20:00-da keçirilən mətbuat konfrasında deyib.

Baş mühəndis meyitləri tapılan 4 neftçinin adını açıqlayıb: “Onlar Mayılov Samir Cahangir oğlu, Quliyev Fəxrəddin Xancan oğlu, İsgəndərov Habil Tağı oğlu və Babayev Mikayıl İsmayıl oğludur”.

B.Ağarəhimov bildirib ki, hazırda helikopterlərlə axtarış səhərədək dayandırılıb, amma gəmilərlə axtarış tədbirləri davam etdirilir.

“Hadisə yerinə yeni kran tipli gəmilər cəlb olunub. Həmçinin təhlükə törədə biləcək avadanlıqlar ərazidən toplanaraq gəmiyə yığılıb. Hazırda 7 gəmi hadisə yerində çalışır. Yanan quyuların söndürülməsi istiqamətində işi gedir. Ən azı 1 quyunun yanması dəqiqdir. Ancaq dəqiq bilmirik ki, platformada neçə quyu yanır”.

Anar Kəlbiyev
AzVision.az

Teqlər: