`Qəbələ` səfərdə məğlub oldu

`Qəbələ` səfərdə məğlub oldu
  16 Sentyabr 2016    Oxunub:2148
“Qəbələ” klubu UEFA Avropa Liqası turnirinin qrup mərhələsində ilk oyununu keçirib.
AzVision.az xəbər verir ki, təmsilçimiz səfərdə Belçikanın “Anderlext” komandası ilə qarşılaşıb.

Oyunun 14-cü dəqiqəsində “Anderlext”in futbolçusu Lukas Teodorçik hesabı açıb.

Qoldan sonra irəli atılan komandamız hesabı bərabərləşdirmək üçün ilk cəhdindəcə buna nail olub. Baqali Dabo 20-ci dəqiqədə status-kvonu bərpa edib.

Ancaq ilk hissənin sonuna 4 dəqiqə qalmış rəqib yenidən önə keçib. Rafael Santos avtoqol müəllifi olub. İkinci hissədə daha bir dəfə fərqlənən ev sahibləri 3:1 hesablı qələbəyə seviniblər.

AzVision.az



Teqlər:





Xəbər lenti