`Qarabağ` son anda məğlubiyyətdən xilas oldu

`Qarabağ` son anda məğlubiyyətdən xilas oldu
  16 Sentyabr 2016    Oxunub:2112
Ağdamın “Qarabağ” klubu UEFA Avropa Liqasının qrup mərhələsində ilk oyununu keçirib.
AzVision.az xəbər verir ki, təmsilçimiz “Dalğa Arena”da Çexiyanın “Slovan” klubunu qəbul edib.

İsveçrəli baş hakim Stefan Klossnerin idarə etdiyi oyunun 1-ci dəqiqəsində “Slovan”ın futbolçusu Yan Sikora hesabı açıb. Altı dəqiqə sonra “Qarabağ”ın futbolçusu Miçel hesabı bərabərləşdirib. Komandaların cəhdlərinə baxmayaraq ilk hissə 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.

İkinci hissəyə fəal başlayan “Qarabağ” rəqib qapısı qarşısında bir neçə dəfə təhlükəli vəziyyət yaradıb. Lakin görüşdə növbəti qolu 68-ci dəqiqədə “Slovan” vurub. Milan Baroş ikinci topu “Qarabağ”ın qapısından keçirib. Qoldan sonra təşəbbüsü tamamilə ələ alan ağdamlılar matçın əsas vaxtına əlavə olunan hissənin 2-ci dəqiqəsində hesabı bərabərləşdiriblər. Rəşad Sadıqov gözəl zərbə ilə adını tabloya yazdırıb – 2:2 Beləliklə, görüş 2:2 hesablı heç-heçə ilə başa çatıb.

“Qarabağ” növbəti görüşünü sentyabrın 29-da səfərdə İtaliyanın “Fiorentina” komandasına qarşı keçirəcək.

AzVision.az


Teqlər:  





Xəbər lenti