`Qarabağ` və `Qəbələ` ilk oyuna çıxır

`Qarabağ` və `Qəbələ` ilk oyuna çıxır
  15 Sentyabr 2016    Oxunub:1472
UEFA Avropa Liqasında qrup mərhələsinə start verilir.
AzVision.az xəbər verir ki, 2016/17 mövsümündə qrup mərhələsinin ilk görüşü Bakıda keçiriləcək.

Belə ki, təmsilçimiz “Qarabağ” Çexiyanın “Slovan” klubunu qəbul edəcək. Bu qarşılaşmada favorit kimi təmsilçimiz “Qarabağ” klubu göstərilir.

Digər təmsilçimiz “Qəbələ” isə ilk görüşünü səfərdə keçirəcək. “Qəbələ”nin səfər oyununda rəqibi Belçika təmsilçisi “Anderlext” olacaq. Təmsilçimiz bu oyuna ciddi itki ilə çıxacaq. Belə ki, “Maribor”la görüşdə qırmızı vərəqə alan və UEFA tərəfindən 2 oyunluq cəzalanan Teo Uiks bu gün “Qəbələ”yə kömək edə bilməyəcək.

UEFA Avropa Liqası, qrup mərhələsi

I tur

19:00. “Qarabağ” (Azərbaycan) - “Slovan” (Çexiya)

21:00. “Anderlext” (Belçika) - “Qəbələ” (Azərbaycan)


AzVision.az


Teqlər:  





Xəbər lenti