Avakova qarşı cinayət işi bağlanır

Avakova qarşı cinayət işi bağlanır
  14 Sentyabr 2016    Oxunub:1434
Ukrayna Baş prokurorluğu tərəfindən daxili işlər naziri Arsen Avakova qarşı başladılan cinayət işi bağlanacaq.
AzVision.az “İnterfax”-a istinadən xəbər verir ki, bunu Ukrayna Baş Prokurorluğunun mətbuat xidmətinin rəhbəri Larisa Sarqan bildirib.

Sarqanın sözlərinə görə, Avakova qarşı təqdim olunan ərizədə göstərilən faktlar öz əksini tapmayıb. “Məhz bu səbəbdən Baş Prokurorluq onu açıqlaya bilməz. Mənim fikrimcə, bu daxili işlər nazirinə qarşı siyasi oyun və ya böhtan ola bilər”.

Jurnalistlərin Avakova qarşı cinayət işinin taleyi ilə bağlı sualına Sarqan “O, bağlanacaq” - deyə cavab verib.

Sarqan, həmçinin bildirib ki, hazırda Ukrayna DİN rəhbərinın adı Baş Prokurorluğun araşdırdığı işlərdə hallanmır.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti