Azərbaycanlılar erməni nazirə etiraz edir - FOTOLAR (Yenilənib)

Azərbaycanlılar erməni nazirə etiraz edir - FOTOLAR (Yenilənib)
  14 Sentyabr 2016    Oxunub:5776
Kiyevdə Ukrayna Azərbaycanlıları Konqresi və Ukrayna Azərbaycanlı Gənclər Birliyinin birgə təşkilatçılığı ilə keçirilən etiraz aksiyası öz nəticəsini verib.

Konqresdən AzVision.az -a verilən məlumata görə, danışıqlar nəticəsində Azərbaycan diaspor rəhbərləri cümə günü Ukrayna Milli Polisinin rəisi Xati Dekanoidze ilə görüşəcək.

Askiyada “Avakov gözlərini aç!” Prezident Poroşenko bizi qoruyun” kimi şüarlar səsləndirilib. Ukraynanın prezidenti Pyotr Poroşenkoya, Baş prokurorluq və Daxili İşlər Nazirliyinə müraciət qəbul olunub. Mürəciətdə qeyd olunub ki, əgər irəli sürülən tələblər qısa müddət ərzində yerinə yetirilməzsə Ukraynada yaşayan azərbaycanlılar prezident administrasiyası qarşısında oturaq etiraz aksiyası keçirəcək.

“Birləşmiş Azərbaycan Diaspora” təşkilatının sədri Hikmət Cavadova aksiya barədə məlumat verilsə də o, aksiyada iştirak etməyib. Bu isə aksiya iştirakçıları tərəfindən narazılıqla qarşılanıb.

Qeyd edək ki, Ukraynada azərbaycanlıların oğurlanması ilə bağlı açılan cinayət işilərinə Ukrayna Milli Polisi baxır.

**

Azərbaycanlıların Ukrayna Daxili İşlər Nazirliyinin qarşısında keçirdiyi aksiya davam edir.

Aksiya iştirakçıları AzVision.az-a bildiriblər ki, nazirin müşaviri İvan Sergey əraziyə baş çəkib.

Nazirliyə 30-dan çox müraciətin edilməsinə baxmayaraq, müşavir diasporanın problemləri barədə məlumatlı olmadığını deyib və problemlərin aradan qaldırılması üçün dərhal tədbirlər görüləcəyini qeyd edib.

***

Ukraynada yaşayan azərbaycanlılar Daxili İşlər Nazirliyinin binası qarşısınjda aksiya keçirirlər.

AzVision.az xəbər verir ki, diaspora nümayəndələri daxili işlər naziri Arsen Avakovın fəaliyyəti dövründə azərbaycanlı iş adamlarına qarşı cinayətlərin artması hallarına etirazlarını bildirirlər.

Aksiya iştirakçıları son illərdə Ukraynada azərbaycanlılara qarşı cinayətlərin artmasına, xüsusilə adam oğurluğu hallarına DİN tərəfindən lazımi reaksiya verilməməsinə, tədbirlər görülməməsinə etiraz edirlər.













Aytən Zəhra
AzVision.az


Teqlər:  





Xəbər lenti