Vəli Qasımov və Məmmədov işdən çıxarıldı
- Vəli Qasımov "A” komandanın baş məşqçisi vəzifəsindən azad edilsin;
- Elnur Məmmədov klubun icraçı direktoru vəzifəsindən azad edilsin;
- Mübariz Xudiyev klubun icraçı direktorunun idman məsələləri üzrə müavini vəzifəsindən azad edilsin;
- İcraçı direktorun idman məsələləri üzrə müavini vəzifəsi klubun struktur dəyişikliyi ilə əlaqədar olaraq ləğv edilsin.
"Neftçi” PFK yuxarıda adları sadalanan şəxslərə klubdakı fəaliyyətinə görə təşəkkürünü bildirib və onlara gələcək karyeralarında uğurlar arzulayıb.
Yeni təyinatlarla bağlı məlumat yaxın zamanda elan olunacaq.
AzVision.az