Şimon Peres xəstəxanaya yerləşdirildi

Şimon Peres xəstəxanaya yerləşdirildi
  14 Sentyabr 2016    Oxunub:1476
İsrailin keçmiş prezidenti Şimon Peres xəstəxanaya yerləşdirilib.
AzVision.az xəbər verir ki, bu barədə "AP" agentliyi məlumat yayıb.

Sabiq prezidentin insult keçirdiyi bildirilir. Həkimlərin bildirdiyinə görə, Şimon Peresin vəziyyəti stabildir.

Qeyd edək ki, Ş.Peresin 92 yaşı var. O, bundan öncə də xəstəxanaya yerləşdirilmişdi.

Peres karyerası ərzində Knessetin deputatı, xarici işlər naziri, maliyyə naziri, müdafiə naziri və İsrail prezidenti olub.

AzVision.az


Teqlər:  





Xəbər lenti