`Qarabağ`ın rəqibinə ağır itki
AzVision.az-ın məlumatına görə, komandanın kapitanı Lukaş Pakorni dizindən zədələnib.
“Viktoriya” ilə oyunda xəsarət alan 29 yaşlı müdafiəçi dünən tibbi müayinədən keçib və məlum olub ki, o, 4 həftə meydana çıxa bilməyəcək.
Bu isə o deməkdir ki, “Slovan”nın kapitanı sentybarın 15-də “Qarabağ”la keçiriləcək oyunda komandasına kömək edə bilməyəcək.
AzVision.az