İlham Zəkiyev məğlubiyyətinin səbəbini açıqladı
İkiqat paralimpiya çempionu fikirlərinə bunları əlavə edib: “Mən iki dəfə bu turnirin ən yüksək əyarlı medalını qazanmışam. Hansı ki, bunun "eks" anlayışı yoxdu. Olimpiya və paralimpiya çempionu adı əbədidi. İdmandı, hər şey olur. Bir məqamı da nəzərə çatdırım ki, mənim bütün rəqiblərim əslində olimpiyaçılar idi, nəinki paralimpiyaçı. Məsələn, çempion olan Özbəkistan təmsilçisinin görməsində ciddi problem yox idi”.
Qeyd edək kİ, Zəkiyevin çəki dərəcəsində çempion adını qazanan sözügedən Özbəkistan təmsilçisi bu yaxınlaradək sağlam cüdoçular arasında çıxış edib. Adilcan Tuledibayevin paracüdo kateqoriyası B3-dü ki, bu da 40 faizədək görmə deməkdir. Bürünc mübarizəsinin ilk iki mərhələsində qarşılaşdığı rəqiblər də bu kateqoriyadan idi. Sonuncu kubalı rəqib isə B2-də ( 20 faizədək görmə) yer alır. Zəkiyev isə B1, yəni tam görmə qabiliyyətini itirmiş cüdoçular kateqoriyasındadır.
AzVision.az
Teqlər: