`Neftçi`nin baş məşqçisi xəstəxanaya yerləşdirilib

`Neftçi`nin baş məşqçisi xəstəxanaya yerləşdirilib
  10 Sentyabr 2016    Oxunub:1774
“Neftçi”nin baş məşqçisi Vəli Qasımovun səhhətində problem yaranıb.
47 yaşlı çalışdırıcı müalicə olunmaq üçün xəstəxanaya yerləşdirilib. Bu səbəbdən də V.Qasımov paytaxt klubunu Azərbaycan Premyer Liqasının IV turunda meydana çıxarda bilməyəcək. “Neftçi” “Qəbələ” ilə görüşə köməkçi-məşqçi Tofiq Mustafayevin rəhbərliyi altında çıxacaq.

Qeyd edək ki, “Neftçi”–“Qəbələ” oyunu bu gün saat 20:00-da başlayacaq.

AzVision.az


Teqlər:





Xəbər lenti