Millinin bütün məşqçiləri işdən çıxarıldı

Millinin bütün məşqçiləri işdən çıxarıldı
  09 Sentyabr 2016    Oxunub:2742
Rusiyanın boks üzrə milli komandasının bütün məşqçiləri istefaya göndərilib.
AzVision.az xəbər verir ki, bu barədə “R-Sport”a yığmanın baş məşqçisi Aleksandr Lebzyak bildirib.

“Bizi heç bir izahat olmadan işdən uzaqlaşdırdılar. Məni və Sudokuvu, bütün məşqçilər korpusunu işdən çıxardılar. Bu barədə heç kimə xəbərdarlıq edilməyib. Biz hamımız Moskvadayıq. Heç kim bizə zəng etməyib”, - deyə Lebzyak qeyd edib.

Artıq Lebzyakın yerinə təyinat da olub. Rusiya Boks Federasiyasının prezidenti Boris İvanyujenkov Oleq Menşikovun müvəqqəti olaraq baş məşqçi kimi fəaliyyət göstərəcəyini deyib.

Xatırladaq ki, Lebzyakın özü “Rio-2016” zamanı jurnalistlərə bəyan etmişdi ki, Oyunlardan bir y əvvəl istefaya göndərilməsi barədə İdman Nazirliyinə müraciət edib.

Qeyd edək ki, “Rio-2016”-da boks üzrə Rusiya millisibir qızıl, bir gümüş, üç bürünc medal qazanıb.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti