İbrahimov bürünc uğrunda yarışacaq - Yenilənib

İbrahimov bürünc uğrunda yarışacaq - Yenilənib
  08 Sentyabr 2016    Oxunub:1895
Azərbaycan cüdoçusu Ramin İbrahimov Rio-de-Janeyroda təşkil olunan XV Yay Paralimpiya Oyunlarına qələbə ilə başlayıb.
AzVision.az xəbər verir ki, yarışda 60 kiloqram çəki dərəcəsində çıxış edən cüdoçumuz argentinalı Eduardo Qautoya qalib gələrək növbəti mərhələyə adlayıb.

***

Cüdoçumuz Ramin İbrahimov qazaxıstanlı Anuar Sarıyevə qalib gələrək yarımfinala yüksəlib. Qızıl medala gedən yolda cüdoçumuzun rəqibi özbəkistanlı Şerzod Namazov olacaq.

***

Yarımfinalda Özbəkistan idmançısı Şerzod Namazova məğlub olan Ramin İbrahimov bürünc medal uğrunda yarışacaq.

AzVision.az


Teqlər:  





Xəbər lenti