Paralimpiya oyunlarına start verildi-VİDEO

Paralimpiya oyunlarına start verildi-VİDEO
  08 Sentyabr 2016    Oxunub:2190
Rio De Janeyroda "Marakana" stadionunda XV Yay Paralimpiya oyunlarının möhtəşəm açılış mərasimi keçirilib.
AzVision.az xəbər verir ki, 2016-ci ilin Paralimpiya oyunlarının məşəlini üzgüçülük üzrə altıqat paralimpiya çempionu, braziliyalı Silva Everaldo alovlandırıb.

Mərasimdə Braziliya prezidenti, Beynəlxalq Paralimpiya Komitəsinin rəhbəri və digər şəxslər iştirak edib.

XV Yay Paralimpiya Oyunlarında yarışlar idmanın 22 növü üzrə 528 dəst medal uğrunda keçiriləcək. Ümumilikdə 4350 idmançı medallar uğrunda mübarizə aparacaq.

Qeyd edək ki, açılış mərasimi Bakı vaxtı ilə saat 02:00-da başlayıb. Mərasimdə ölkəmizin paralimpiya yığmasının keçidi zamanı Azərbaycan bayrağını ikiqat Paralimpiya Çempionu, “Bakı-2015” birinci Avropa Oyunlarının çempionu və komandamızın kapitanı İlham Zəkiyev aparıb.

Azərbaycan idmançıları idmanın 6 növü - cüdo, atletika, pauerliftinq, üzgüçülük, güllə atıcılığı və kamandan oxatma yarışlarında güclərini sınayacaqlar. Ölkəmiz XV Yay Paralimpiya oyunlarında 24 idmançı ilə təmsil olunur.



AzVision.az


Teqlər:  





Xəbər lenti