Azərbaycan 3 olimpiya lisenziyasından imtina etdi

Azərbaycan 3 olimpiya lisenziyasından imtina etdi
  07 Sentyabr 2016    Oxunub:2570
Azərbaycan Paralimpiya lisenziyalardan rəsmən imtina edib.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AzVision.az -a verilən məlumata görə, İdman Arbetraj Məhkəməsinin çıxardığı qərara əsasən Beynəlxalq Olimpiya Komitəsi tərəfindən rusiyalı paralimpiyaçıların lisenziyalarının əllərindən alınaraq digər ölkələrə paylanılması və Azərbaycana da 3 lisenziyanın təqdim edilməsi Azərbaycan Paralimpiya Komitəsi tərəfindən verilmiş, Gənclər və İdman Nazirliyi tərəfindən bir müddət bundan öncə elan olunan qərara əsasən müsbət qarşılanmamış və lisenziyaılar qəbul edilməyib.

Paralimpiya oyunlarının bu gün başlanmasını, Rusiyalı paralimpiyaçıların bu oyunlara buraxılmaması qərarının dəyişməz olduğunu nəzər alaraq, Azərbaycan tərəfi rəsmən 3 lisenziyadan imtina etmiş və paralimpiyaçılarımızın özlərinin qazandıqları lisenziya əsasında olimpiya oyunlarına qatılıblar.

Xatırladaq ki, Rio -2016 paralimpiya oyunlarına 24 paralimpiyaçımız , 6 idman növündə ümumilikdə 41 lisenziya qazanıb.


Aytən Zəhra
AzVision.az


Teqlər:  





Xəbər lenti