XV Yay Paralimpiya Oyunlarının açılışı olacaq

XV Yay Paralimpiya Oyunlarının açılışı olacaq
  07 Sentyabr 2016    Oxunub:1705
Bu gecə 2016-cı il Rio-De-Janeyro Yay Paralimpiya Oyunlarının açılış mərasimi start götürəcək.
AzVision.az-ın məlumatına görə, Bakı vaxtı ilə saat 01:15-də başlanacaq mərasim "Marakana" stadionunda təşkil ediləcək. Açılış tədbirində Azərbaycanın bayrağını cüdo üzrə ikiqat paralimpiya çempionu, "Bakı 2015" I Avropa Oyunlarının qalibi, eləcə də 2 qat dünya və 6 qat Avropa çempionu İlham Zəkiyev aparacaq.

Qeyd edək ki, Paralimpiya yarışlara sentyabrın 8-dən start götürəcək. Azərbaycan XV Yay Paralimpiya Oyunlarında 27 paralimpiyaçı ilə təmsil olunacaq ki, onların da 6-sı qadındır. İdmançılar cüdo, atletika, üzgüçülük, güllə atıcılığı, kamandan oxatma və pauerliftin növlərində 44 medal uğrunda mübarizə aparacaqlar.

Paralimpiada sentyabrın 18-də başa çatacaq.

AzVision.az


Teqlər:





Xəbər lenti