Şahmat Olimpiadasının 4-cü turu başa çatıb

Şahmat Olimpiadasının 4-cü turu başa çatıb
  06 Sentyabr 2016    Oxunub:2336
Sentyabrın 5-də “Baku Crystal Hall”da 42-ci Ümumdünya Şahmat Olimpiadasının dördüncü turu keçirilib.
Mötəbər turnirin dördüncü günündə 42-ci Ümumdünya Şahmat Olimpiadasının Təşkilat Komitəsinin sədri, Baş nazirin birinci müavini Yaqub Eyyubov “Bakı Crystal Hall”a gələrək yarışların keçirildiyi zala baxıb, şahmatçıların oyunlarını izləyib.

Azərbaycanın kişi və qadın şahmatçılardan ibarət yığma komandalarının üzvləri ilə söhbət edən Yaqub Eyyubov onlara uğurlar arzulayıb.

Olimpiadanın dördüncü turunda kişilərin yarışında Azərbaycanın birinci komandası Rumıniya millisinə 3:1 hesabı ilə qalib gəlib. İkinci komandamız əlil şahmatçıların beynəlxalq komandasını (İBCA) 3,5:0,5 hesabı ilə məğlub edib. Üçüncü komandamız isə türkmənistanlı rəqiblərinə uduzub – 0,5:3,5.

Qadınların yarışında isə Azərbaycanın birinci komandası Rumıniya, üçüncü komandası isə Braziliya ilə xalları yarı bölüb – 2:2. “Azərbaycan-2” komandası isə İtaliya yığmasına 1,5:2,5 hesabı ilə məğlub olub.

Bakı Olimpiadasında rekord sayda komanda iştirak edir. Kişilərin turnirində 181, qadınların yarışlarında isə 142 milli komanda mükafatlar uğrunda mübarizə aparır. (Azərtac)

AzVision.az


Teqlər:  





Xəbər lenti