Şahmat Olimpiadasının üçüncü turu başa çatıb

Şahmat Olimpiadasının üçüncü turu başa çatıb
  05 Sentyabr 2016    Oxunub:1520
Sentyabrın 4-də “Baku Crystal Hall”da 42-ci Ümumdünya Şahmat Olimpiadasının üçüncü turu keçirilib.
Olimpiadanın üçüncü turunda kişilərin yarışında Azərbaycanın birinci komandası Macarıstana 3:1 hesabı ilə qalib gəlib. İkinci komandamız 1:3 hesabı ilə məğlub olub. Üçüncü komandamız isə livanlı rəqibləri üzərində təmiz qələbə qazanıblar.

Qadınların yarışında isə Azərbaycanın birinci komandası Polşa üzərində 2,5:1,5 hesabı ilə qələbə qazanıb. İkinci komanda Almaniya yığması ilə sülh bağlayıb. Üçüncü komandamız isə Qırğızıstanı 4:0 hesabı ilə məğlub edib.

Xatırladaq ki, Olimpiadada rekord sayda komanda iştirak edir. Kişilərin turnirində 181, qadınların yarışında isə 142 milli komanda mübarizə aparır. (Azərtac)

AzVision.az


Teqlər:





Xəbər lenti