Serbiyalı qapıçı rəsmən `Qarabağ`da
Son mövsümü Serbiyanın "Partizan" klubunda keçirən qolkiperlə iki illik müqavilə imzalanıb.
Qeyd edək ki, Serbiya millisinin üzvü olan B.Şaranov bu ilin yanvar ayından "Partizan"da çıxış edirdi. O, Belqrad klubunda 18 oyun keçirib. B.Şaranov indiyə qədər bir dəfə Serbiya millisinə dəvət alıb. Karyerasına "Beoqrad" klubunda başlayan yeni transfer "Makkabi" (Hayfa, İsrail), "Ergetolis" kimi komandalarda da forma geyinib.
AzVision.az