Güləşçimizə Rusiyada ev hədiyyə edildi - VİDEO

Güləşçimizə Rusiyada ev hədiyyə edildi - VİDEO
  01 Sentyabr 2016    Oxunub:22674
Rio 2016 Yay Olimpiya Oyunlarında Azərbaycana sərbəst güləş yarışlarında gümüş medal qazandıran təmsilçimiz Xetaq Qazyumova Şimali Osetiyada ev verilib.
Bu barədə AzVision.az “Kavkazskiy uzel” saytına istinadən xəbər verir.

Məlumata əsasən idmançıya Vladiqafqazda iki otaqlı evdən əlavə təxminən 500 min rubl (12 500 manat) mükafat da verilib.

Avqustun 31-də Şimali Osetiyanın "Vladiqafqaz" aeroportuna eniş edən idmançını yaxınları, qohumları və azarkeşlər qarşılayıb.







Eldar Tanriverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti