`Qarabağ` və `Qəbələ`nin rəqibləri bilindi

`Qarabağ` və `Qəbələ`nin rəqibləri bilindi
  26 Avqust 2016    Oxunub:8228
Bu gün Avropa Liqasının qrup mərhələsinin püşkatma mərasimi keçirilib.

AzVision.az-ın məlumatına görə, Monakoda keçirilən püşkatma nəticəsində “Qarabağ” və “Qəbələ”nin rəqibləri bəlli olub.

“Qəbələ” C qrupunda Anderlext, Sent-Etyen və Maynzla mübarizə aparacaq.

“Qarabağ” isə J qrupunda Fiorentina, PAOK, Slovan komandaları ilə qarşılaşacaq.

Qeyd edək ki, Avroliqada qrup mərhələsinin oyunları sentyabrın 15-i və 29-u, oktyabrın 20-si, noyabrın 3-ü və 24-ü və dekabrın 8-də keçiriləcək.

AzVision.az


Teqlər:  





Xəbər lenti