`Qarabağ` üçüncü dəfə Avroliqanın qrupunda

 `Qarabağ`  üçüncü dəfə Avroliqanın qrupunda
  26 Avqust 2016    Oxunub:1677
Bu gün Avropa Liqasında pley-off mərhələsinin cavab oyunları keçirilib.
AzVision.az -ın məlumatına görə, ilk olaraq təmsilçimiz “Qarabağ” meydana çıxıb.

Ağdam klubu Bakıda “Göteborq”u (İsveç) qəbul edib.

Səfərdə keçirilən ilk oyunda rəqibinə 0:1 hesabı ilə uduzan Qurban Qurbanovun komandası bu dəfə 3:0 hesabı ilə qalib gəlib və qrup mərhələsinə yüksəlib. "Qarabağ" üç dəfə Avroliqanın qrup mərhələsinə düşən ilk Azərbaycan klubu olub.

AzVision.az


Teqlər:  





Xəbər lenti