Rioda nə qazandıq? - Nəticələr

Rioda nə qazandıq? - Nəticələr
  22 Avqust 2016    Oxunub:7284
Rio-de-Janeyroda keçirilən XXXI Yay Olimpiya Oyunları başa çatıb.

AzVision.az olimpiya oyunları Azərbaycan olimpiya yığması üçün uğurlu olub.

“Rio-2016”da Azərbaycan komandası 18 (1 qızıl, 7 gümüş və 10 bürünc) medal qazanıb. Komandamıza yeganə qızıl medalı taekvondoçu Radik İsayev qazandırıb.

Sərbəst güləşçilər Toğrul Əsgərov, Xetaq Qazyumov, boksçu Lorenzo Sotomayor, cüdoçular Rütəm Orucov və Elmar Qasımov, qadın güləşçimiz Mariya Stadnik və kanoeçi Aleksandr Demyanenko yalnız final görüşlərində uduzaraq gümüş medala sahib olublar.

Taekvondo yarışlarında Milad Beiqi Harçeqani və Patimat Abakarova, boksçu Kamran Şahsuvarlı, güləşçilər Rəsul Çunayev, Sabah Şəriəti, Nataliya Sinişin, Hacı Əliyev, Cəbrayıl Həsənov və Şərif Şərifov, avarçəkən İnna Osipenko-Radomskaya isə bürünc medalla kifayətləniblər.

Medal sıralamasında Azərbaycan 39-cu olub.

Hesabında 46 qızıl, 37 gümüş və 38 bürünc olmaqla ümumilikdə 121 medal olan ABŞ Olimpiadanı birinci pillədə tamamlayıb. Böyük Britaniya 27 qızıl, 23 gümüş, 17 bürünc medalla (ümumilikdə 67) ikinci, Çin 26 qızıl, 18 gümüş və 26 bürünc (ümumilikdə 70) medalla üçüncü olub.

İlk onluğu Rusiya (19-19-19), Almaniya (17-10-15), Yaponiya (12-8-21), Fransa (10-18-14), Cənubi Koreya (9-3-9), İtaliya (8-12-8) və Avstraliya (8-11-10) tamamlayıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti