Rio-da qalmaqal: soyunaraq etiraz etdilər - FOTOLAR
Monqolustan təmsilçisi Mandaxnaran Qandzoriçlə özbək İxtiyar Novruzovun mübarizəsi qalmaqalla başa çatıb.
Belə ki, gərgin keçən görüşün son saniyəsinə 7:6 hesabı ilə öndə girən monqol idmançı rəqibin qarşısından qaçdığı üçün hakimlər tərəfindən özbəyə bir xal verilib. Hesabın bərabərləşməsi ilə birlikdə son xalı alan Novruzov qalib elan olunub.
Buna isə monqol güləşçinin məşqçiləri kəskin etiraz ediblər. Hakimlər stolunun qarşısında paltarlarını, ayaqqabılarını soyunan və tanınma lövhələrini boyunlarından çıxarıb yerə atan monqol məşqçilər hakimlərin qərarını belə protest ediblər. Ancaq onların cəhdləri bir nəticə verməyib. Əksinə özbək güləşçiyə daha bir xal verilərək 8:7 hesablı qələbəsi rəsmiləşdirilib. (Apa)
AzVision.az