Sotomayor çempion ola bilmədi

Sotomayor çempion ola bilmədi
  22 Avqust 2016    Oxunub:1828
“Rio-2016” Yay Olimpiya Oyunlarının son günündə boks yarışlarına yekun vurulub.
Azərbaycan boks yığmasının üzvü Lorenzo Sotomayor 64 kiloqram çəkidə həlledici döyüşə çıxıb.

Sotomayorun finaldakı rəqibi özbəkistanlı idmançı Fazliddin Qaybnəzərov olub. Dünya və Asiya çempionatının gümüş mükafatçısına məğlub olan təcrübəli boksçumuz Olimpiadanın gümüş medalını qazanıb.

AzVision.az


Teqlər:





Xəbər lenti